QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Politoloq: “Ermənistan inanmalıdır ki, münaqişənin həlli vaxtıdır”

© Sputnik / STRMübariz Əhmədoğlu, politoloq
Mübariz Əhmədoğlu, politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Mübariz Əhmədoğlu deyir ki, bu vaxta qədər ermənilər və ermənipərəstlər sülh danışıqlarında praktiki mərhələnin başlanmasına imkan vermirdi

Mübariz Əhmədoğlu: “Münaqişəsinin həlli üçün Rusiyanın ciddi siyasi iradəsi ortadadır”
“Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hüquqi baza tam yaradılıb və heç bir dövlət qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır və tanımayacaq”. Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, bu vaxta qədər görülən işlər hüquqi baza yaradılması uğrunda idi: 

“Ötən ilin noyabrında Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramına qoşulan ölkələrdəki münaqişələrə vahid yanaşmanı təsdiqlədi. Bu vaxta qədər ən əsas problem o idi ki, Dağlıq Qarabağ məsələsini virtual mərhələdən, praktiki mərhələ keçirmək mümkün deyildi. Ermənilər və ermənipərəstlər imkan vermirdi ki, praktiki mərhələ başlasın. Dağlıq Qarabağ münaqişəsi tənzimlənməsi üçün Rusiyanın ciddi siyasi iradəsi ortalıqdadır. Rusiya və Azərbaycanın mövqelərinin yaxınlaşması münaqişənin həllinə təsir göstərəcək. Hər iki dövlət əllərindəki vasitədən istifadə edib Ermənistanı inandıracaqlar ki, münaqişənin həlli vaxtıdır”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0