06:07 17 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673

Məhərrəm Zülfüqarlı: “İqtidar və müxalifətin dialoqu inkişaf etdirilməlidir”

RADİO
Qısa URL
214 0 0

AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyir ki, insanların seçki fəallığı hiss olunsa da, beynəlxalq seçki təcrübəsi ilə bağlı məlumatlandırılmasına ehtiyyac duyulur

“Regionlarda seçki maarifçiliyinə ciddi ehtiyac var”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı aralıq hesabatını açıqlayarkən Qərargahın rəhbəri Məhərrəm Zülfüqarlı deyib.

“Gələcəkdə həm hakimiyyətin, həm müxalifətin bu işlərlə məşğul olması zəruridir. İnsanların seçki fəallığı hiss olunsa da, beynəlxalq seçki təcrübəsi ilə bağlı məlumatlandırılmasına ehtiyac duyulur. Ölkədə siyasi mühitin daha da təkmilləşdirilməsi üçün iqtidar və müxalifət dialoqunun daha çox inkişaf etdirilməsi gərəklidir. Bu belə olarsa, Azərbaycandakı indiki stabil durum inkişaf edə və daha da dayanıqlı ola bilər. Azərbaycanda seçkiləri həyata keçirən Mərkəzi Seçki Komissiyası öz işinin öhdəsindən layiqincə gəlir. MSK-nın strukturları işlərini əvvəlki qaydada həyata keçirirlər və biz də bu işlərin monitorinqini həyata keçiririk”, — deyə o bildirib.

Azərbaycanda aprelin 11-nə təyin edilən növbədənkənar Prezident seçkilərində prezidentliyə 8 nəfərin namizədliyi qeydə alınıb.

Məhərrəm Zülfüqarlının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular