Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, Türkiyə-Rusiya münasibətlərində yeni mərhələ başlayır:
“Hər iki dövlətə Qərbin sistemli təzyiqi var və onlar bu təzyiqləri uğurla dəf ediblər. Bu iki dövlət ən azından yaxın illərdə bir-biri ilə əlaqədə olmağa məcburdurlar. Düşünürəm ki, onlar yaxın illərdə müttəfiq dövlətlər kimi çıxış edəcəklər. Hazırda geosiyasətdə baş verən hadisələr də göstərir ki, bu ölkələr yaxın olmalıdırlar. İki dövlətin münasibətlərindən təkcə region deyil, bütün dünya qazanacaq. Çünki bu ölkələr təhlükəsizlik ixracatçısı kimi çıxış edirlər”.