Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Gənc yazar Fərid Nəsibzadə: “Yeni əsərim oxucuların marağına səbəb olacaq ”

© Sputnik / Murad OrujovYazıçı Fərid Nəsibzadə
Yazıçı Fərid Nəsibzadə - Sputnik Azərbaycan
Abunə olmaq
Yazıçı Fərid Nəsibzadə deyir ki, lirik-dram janrda yazılan əsərlər çox olsa da, o, bu janrda bir balaca qeyri-adi üsluba müraciət edib

Fərid Nəsibzadə: “Payızda yeni kitabın hazırlanması üçün işlər görülür”
“Bu dəfə oxucularımla görüşə mənim üçün yeni olan bir üslubda yazdığım əsərlə görüşə gəlmişəm”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında yazıçı Fərid Nəsibzadə bildirib.

“Aprelin 8-də yeni lirik-dram janrında yazılmış “Tənhalığın dörd mövsümü” adlı romanımı oxuculara təqdim edəcəm. Romanda baş verən hadisələrin dinamikliyi, sujet xəttinin rəngarəngliyi ilə oxucuların marağına səbəb olacağına inanıram. Qeyd edim ki, kitab Azərbaycan dilində olacaq. Bu janrda yazılan əsərlər çox olsa da, mən bu janrda bir balaca qeyri-adi üsluba müraciət etmişəm. Payızda yeni kitabın hazırlanması üçün işlər görülür. Tezliklə oxucularım “playstore”dən ingilis və rus dillərinə tərcümə olunmuş kitablarımı yükləyib oxuya biləcəklər. Bu da Azərbaycanda bir yenilik olacaq”, — deyə o bildirib. 

Yazıçı Fərid Nəsibzadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0