22:08 25 Aprel 2018
Canlı yayım
Генеральный директор МИА Россия сегодня Дмитрий Киселев
© Sputnik / Vladimir Trefilov

Kiselyov İlham Əliyev haqda: "Azərbaycanlılar çox şanslıdırlar"

RADİO
Qısa URL
22301

"Rossiya seqodnya" BİA-nın rəhbəri Dmitri Kiselyov deyir ki, İlham Əliyev Azərbaycan xarakterini yaradır.

"Mən İlham Əliyevlə görüşmüşəm və o, məndə öz ölkəsinin tarixini bilən və böyük perspektivi görə bilmə qabiliyyətinə malik məsuliyyətli dövlət lideri təəssüratını oyadıb". Bunu Sputnik Azərbaycan-a açıqlamasında "Rossiya seqodnya" BİA-nın rəhbəri Dmitri Kiselyov deyib.

Onun sözlərinə görə, İlham Əliyev tələsmir – o, öz ölkəsinə inanır, infrastrukturla və uzun müddətli layihələrlə hərtərəfli məşğul olur.

"Azərbaycan üçün lider mütləqdir. Hesab edirəm ki, belə bir liderə malik olduqlarına görə azərbaycanlıların bəxtləri çox gətirib — o tələsmir, lakin vaxtı da əldən vermir, bu isə çox əhəmiyyətlidir. O, öz ölkəsini, öz gəmisini çox əmin bir kursla aparır, çətinlik və maneələrdən keçirir. Heç də bütün gənc dövlətlər bu maneələri Azərbaycan kimi ağrısız keçə bilmir.", — deyə Kiselyov bildirib.

"Rossiya seqodnya" BİA-nın rəhbərinin geniş şərhini audiofaylda dinləyə bilərsiniz.

Əsas mövzular