13:58 19 Aprel 2018
Canlı yayım
Директор Центра истории Кавказа, старший научный сотрудник Института права и прав человека НАНА Ризван Гусейнов
© Sputnik / Murad Orujov

Tarixçi: “Mart soyqırımında məqsəd Cümhuriyyətin yaranmasına mane olmaq idi”

RADİO
Qısa URL
130 0 0

Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, mart soyqırımın məqsədi bu ərazidə müstəqil respublikanın yaranmasına əngəl olmaq idi

Bu gün ermənilərin azərbaycanlılara qarşı törətdiyi mart soyqırımının 100 ili tamam olur.

Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov Sputnik Azərbaycan-a deyir ki, 2018-ci il müxtəlif tarixi hadisələrin yubileyi baxmından zəngindir:   

“Həm Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından, həm də nəticəsi soyqırım olan hadisələrin baş verməsindən 100 il keçir. 1918-ci il mart soyqırımı Azərbaycanın müstəqilliyinə gedən yolda mühüm məqamdır. Bu hadisələrin beynəlxalq səviyyədə tanıtmaq borcumuzdur. Bu soyqırımın kənardan havadarları var idi. Soyqırımın məqsədi bu ərazidə müstəqil respublikanın yaranmasına əngəl olmaq idi. Bütün əngəllərə baxamayaraq biz müsəlman şərqində ilk respublikanı yaratmışıq. Sözsüz ki, mart hadisələri və ondan sonra elan olunan müstəqilliyimiz birgə tədqiq edilməlidir”.

Bu ilin yanvarın 18-də Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb.

Əsas mövzular