12:34 25 Aprel 2018
Canlı yayım
İqtisadi araşdırmalar mərkəzinin rəhbəri Qalib Toğrul
© Foto: Qalib Togrul

Ekspert dollarlaşma dövrünün başa çatdığını iddia edir

RADİO
Qısa URL
126 0 0

İqtisadçı-ekspert Qalib Toğrul deyir ki, hazırda manat üçün hansısa bir təhlükə gözlənilmir

“Azərbaycanda dollarlaşmanın səviyyəsi tədricən azalacaq”. Bu barədə mətbuata açıqlamasında Mərkəzi Bankın Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov deyib.

İqtisadçı-ekspert Qalib Toğrul Sputnik Azərbaycan-a deyir ki, Mərkəzi Bankın təmsilçisinin bu yanaşmasını düzgün hesab edir: 

“Dollarlaşmanın səviyyəsi o zaman artır ki, manata olan güvən çox aşağı düşür və ona görə də əhali xarici valyutalarda, xüsusən də dollarda öz əmanətlərini və yaxud da vəsaitlərini saxlamağa üstünlük verirlər. Bir də o zaman baş verir ki, artıq manatla olan vəsaiti hansısa əmlaka yatırmaq, əmanət kimi banka qoymaq təhlükəli olur. Hazırda isə elə bir təhlükə gözlənilmir. Hazırda neftin qiyməti kifayət qədər yüksəkdir və düşmək ehtimalı gözlənilmir. Müsbət hal kimi onu da qeyd etmək olar ki, artıq banklar dollarla olan əmanətlərə çox aşağı faizlər, manatla olan əmanətlərə isə, təxminən 3 dəfə yüksək faizlər təklif edirlər. Bu da manata olan inamın möhkəmlənməsində mühüm rol oynayır”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz:

Əsas mövzular