Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Hüquqşunas: “İstifadə olunmayan etibarnamələr ləğv olunmalıdır”

© Facebook / Ərşad HüseynovYol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov
Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov - Sputnik Azərbaycan
Abunə olmaq
Hüquqşünas Ərşad Hüseynov deyir ki, cərimənin həm avtomobilin sahibinə, həm də etibarnamə ilə idarə edən şəxsə getməsi məsələsi isə qanunsuzdur

Ərşad Hüseynov: “Polis iki şəxsi də cərimə edə bilər”
“Yüz minlərlə insan etibarnamə ilə avtomobil idarə edir, ancaq mülkiyyətçinin avtomobildən xəbəri yoxdur”. Bunu etibarnamə ilə idarə olunan avtomobillərlə bağlı yaranan narazılıqları Sputnik Azərbaycan-a şərh edərkən hüquqşünas Ərşad Hüseynov deyib.

“İstifadə olunmayan etibarnamələr ləğv olunmalıdır. Bu gün yüzminlərlə sürücü etibarnamə ilə avtomobil idarə edir. Hər hansı problem olduğu zaman da problemi mülkiyyətçi yaşayır. Avtomobil hər hansı şəxsin adınadır, amma faktiki olaraq maşını etibarnamə ilə sürən insan idarə edir. Cərimənin həm avtomobilin sahibinə, həm də etibarnamə ilə idarə edən şəxsə getməsi məsələsi isə qanunsuzdur. Polis iki şəxsi bəzi məqamlarda cərimə edə bilər. Məsələn, sürücülük hüququ olmayan şəxsə avtomobilini idarə etməyə verdiyi zaman həm avtomobil sahibi cərimə olunur, həm də sürücülük hüququ olmayan şəxs” — deyə o bildirib.

Hüquqşünasın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0