Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Psixoloq serialların insan psixologiyasına təsirlərindən danışır

© Sputnik / Anar MustafayevPsixoloq Azad İsazadə
Psixoloq Azad İsazadə - Sputnik Azərbaycan
Abunə olmaq
Psixoloq Azad İsazadə deyir ki, yayımlanan serialların arasında mənfi təsir göstərən seriallar mövcuddur

Azad İsazadə: “Serialların uşaqlara mənfi təsriləri ola bilər”
“Bir ölkə digər ölkənin serialının yayımlanmasını qadğan edirsə, orada psixoloji deyil, siyasi amil axtarmaq lazımdır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında tanınmış psixoloq Azad İsazadə deyib.

“Təəssüf ki, belə qadağalarda psixoloji amil nəzərə alınmır. Amma ümumiyyətlə serialdan-seriala da fərq var. Serial televiziyanın məhsuludur. Sözsüz ki, yayımlanan serialların arasında mənfi təsir göstərən seriallar da mövcuddur. Amma bunların insanlara psixoloji cəhətdən mənfi təsir göstərən amil kimi qiymətləndirmək doğru deyil. Ancaq serialların uşaqlara mənfi təsriləri ola bilər. Bu da valideynlərin məsuliyyətidir ki, hansı seriala baxmağa icazə vermək olar”.

Qeyd edək ki, ərəb dünyasının ən böyük teleyayımçısı MBC Group və onun Səudiyyə Ərəbistanından olan sahibi Valid əl-İbrahim və başqa ərəb investorlar martın 2-də “türk dizilərini” dayandırmaq qərarına gəliblər. 

Xəbər lenti
0