Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Diqqət: Bu günlərdə “ASAN xidmət” mərkəzləri işləməyəcək

© Photo : OxuAnar Hüseynov, ASAN Xidmətin mətbuat katibi
Anar Hüseynov, ASAN Xidmətin mətbuat katibi - Sputnik Azərbaycan
Abunə olmaq
“ASAN Xidmət” mərkəzinin informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov deyir ki, on səyyar “ASAN xidmət” avtobusu regionlara səfər edərək yerlərdə vətəndaşlara xidmət göstərir

Anar Hüseynov: “20-25 mart tarixləri “ASAN Xidmət” mərkəzlərində qeyri-iş günüdür”
““ASAN xidmət” mərkəzlərinin təsis olunmadığı regionlarda vətəndaşlara dövlət xidmətlərinin göstərilməsi və dövlət xidmətlərinə əlçatanlığın təmin edilməsi məqsədi ilə səyyar formada xidmətimiz davam edir”. Bunu səyyar “ASAN xidmət”in fəaliyyəti haqqında Sputnik Azərbaycan-a açıqlamasında “ASAN xidmət” mərkəzinin informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov deyib.

“On səyyar “ASAN xidmət”  avtobusu regionlara səfər edərək yerlərdə vətəndaşlara xidmət göstərir. Bunlarla yanaşı bir səyyar qatar da regionlara səfər edərək vətəndaşlara xidmət göstərir. Hal-hazırda bizim səyyar “ASAN xidmət” Saatlı, Salyan, Cəlilabad, Beyləqan, Siyəzən, Ucar, Oğuz, Naftalan, Xırdalan və Maştağa qəsəbəsində vətəndaşlarımıza xidmət göstərməkdədir. Novruz bayramı ilə əlaqədar olaraq 20-25 mart tarixləri  “ASAN xidmət” mərkəzlərində qeyri-iş günüdür”, — deyə o bildirib.

Xəbər lenti
0