Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Kənan Quluzadə: “Bu il Novruz festivalında daha çox turist iştirak edəcək”

© Sputnik / Murad OrujovMilli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə
Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə deyir ki, ötən il festivalı seyr etmək üçün ölkəmizə gələn turistlərin əksəriyyəti MDB ölkələrindən və İrandan olan turistlər idi

Kənan Quluzadə: “Novruz festivalında mədəniyyət nümunələrimiz nümayiş olunacaq”
“Mədəniyyət və Turizm Nazirlyi və Milli Turizm Təbliğat Bürosu 6 günlük Novruz festivalı təşkil edəcək”. Bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində təşkil edilmiş Moskva- Bakı videokörpüsündə Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə deyib.

“Festival martın 20-dən 25-ə qədər davam edəcək. Bu müddət ərzində festivalda folklor ansamblları və tanınmış müğənnilərin iştirakı ilə konsert proqramları təşkil olunacaq. Festivalda milli mədəniyyət nümunələrimiz, Azərbaycan mətbəxinin nümunələrindən təşkil olunmuş sərgi də olacaq. Ötən il bu festivala 400 min insan qatılmışdı. Bu il daha çox insanın gələcəyini düşünürük. Festivalı seyr etmək üçün ölkəmizə gələn turistlərin əksəriyyəti MDB ölkələrindən və İrandan olan turistlər idi. Bu il də belə olacağını düşünürük” — deyə o bildirib.

Kənan Quluzadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0