04:42 25 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.9338
Политолог Фикрет Садыхов в Мультимедийном пресс-центре Sputnik Азербайджан
© Sputnik / Murad Orujov

Politoloq Rusiya-Böyük Britaniya gərginliyinin təhlükələrini açıqladı

RADİO
Qısa URL
131 0 0

Politoloq Fikrət Sadıxov deyir ki, bundan sonra qadağalar, embarqolar, bir-birlərinə qarşı tədbirlərin həyata keçirilməsi müşahidə olunacaq

“Dünyada soyuq müharibənin yeni mərhələsi başlanıb”. Bunu politoloq Fikrət Sadıxov getdikcə gərginləşən Rusiya-Böyük Britaniya münasibətlərini Sputnik Azərbaycan-a şərh edərkən deyib.

“Rusiya ilə Qərb arasında gərginlik pik həddə çatıb. Yeni amillərin ortaya çıxması digər dövlətləri də soyuq müharibəyə cəlb edir. Baş verənlər müsbət nəticələrə gətirib çıxarmayacaq. Hələ müəyyən dövr ərzində qadağalar, embarqolar, bir-birlərinə qarşı tədbirlərin həyata keçirilməsi müşahidə olunacaq”, — deyə o bildirib.

Böyük Britaniya hökuməti martın 4-də ölkə ərazisində — Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə həyata keçirilən hücumla bağlı Rusiyaya qarşı cavab addımlarını açıqlayıb. Baş nazir Tereza Mey parlamentdə çıxışında Rusiyanın Britaniyadakı 23 diplomatını ölkədən çıxarmaq barədə qərər qəbul etdiklərini bildirib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular