Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert İranın Azərbaycanla bağlı iqtisadi planlarından danışdı

© Photo : UNECMüslüm İbrahimov
Müslüm İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Müslüm İbrahimov deyir ki, Azərbaycan və İranın həmsərhəd ölkə olması sərhədyanı ticarətin inkişafına diqqət tələb edir

Müslüm İbrahimov: “İranla sərhədyanı ticarət iqtisadi əlaqələrin inkişafına təkan verir”
“Azərbaycan və İran arasında iqtisadi sahədə maraq nöqtələri çoxdur”. Bunu Azərbaycan-İran iqtisadi əlaqələrinin perspektivlərini Sputnik Azərbaycan-a şərh edərkən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyib.

“Azərbaycan-iran iqtisadi əlaqələri getdikcə güclənir. İki ölkə arasında nəqliyyat sahəsindəki münasibətlər maraq doğurur. Xüsusən də Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinə İran böyük maraq göstərir. Çünki bu marşrutun Qərbi Avropaya çıxışı var. İran da istəyir ki, bu yolla öz məhsullarını Avropa bazarlarına çıxarsın. İranın ən böyük problemi öz məhsullarını inkişaf etmiş, böyük bazarlara çıxara bilməməsidir. Bunu da indiki şəraitdə Azərbaycan vasitəsilə etmək olar. Həmçinin Azərbaycan və İranın həmsərhəd ölkə olması sərhədyanı ticarətin inkişafına diqqət tələb edir. Çünki sərhədyanı ticarət iqtisadi əlaqələrin inkişafına təkan verir. Hər iki ölkə iqtisadi siyasət sahəsində təcrübə mübadiləsi apara bilərlər” — deyə o bildirib.

Qeyd edək ki, martın 13-də İrana səfər edən Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-İran hökumətlərarası müştərək iqtisadi komissiyasının 12-ci iclasında Azərbaycan, İran və Rusiya birgə energetika dəhlizi yarada biləcəyini bildirib.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0