Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Həkim vegetarianlığın insan orqanizmi üçün təhlükəli olduğunu bildirir

© Sputnik / Xalid MemmedovTibbi ekspert Rasif Bağırov
Tibbi ekspert Rasif Bağırov - Sputnik Azərbaycan
Abunə olmaq
Həkim Rasif Bağırov deyir ki, bir tipli qidaların qəbul olunması tibdə yaxşı hal kimi qəbul edilmir

Rasif Bağırov: “İnsan orqanizmini mineral və vitaminlərlə saxlamaq olmaz”
Yeni tədqiqatlara görə, süd məhsullarından imtina etmək intellekt əmsalının (IQ) 13 bənd geriləməsi ilə nəticələnir. 

Həkim Rasif Bağırov Sputnik Azərbaycan-a deyir ki, insan nə qədər çox müxtəlif qida qəbul edirsə, orqanizm bir o qədər sağlam olur:

“Bir tipli qidaların qəbul olunması tibdə yaxşı hal kimi qəbul edilmir. Tibdə belə bir deyim var: “Aclıq və natamam aclıq”. Aclıq odur ki, insan heç nə qəbul etmir və ac qalır. Natamam aclıq isə, insan eyni şeydən uzun müddət qəbul edir. Vegetarian olan insanların orqanizmi ət-süd məhsulları qəbul edən insanlara nisbətən zəif olur. İnsan orqanizmini mineral və vitaminlərlə saxlamaq olmaz”.

Xəbər lenti
0