18:09 19 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9343
Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban
© Sputnik / Murad Orujov

Ekspert: “ABŞ-dan Avropa bazarına gələn qaz həcmləri artacaq”

RADİO
Qısa URL
160 0 0

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, Avropa bazarının tələblərini ödəmək üçün əlavə həcmlər lazımdır

“Amerika şirkətəri Avropaya qaz nəqlində Rusiya ilə rəqabət aparmağa hazırdır”. Bunu ABŞ dövlət katibinin köməkçisinin müavini Sandra Oudkirk bildirib. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Sputnik Azərbaycan-a deyir ki, ABŞ rəsmisinin açıqlaması siyasi bəyanat idi: 

“ABŞ bir ildən çoxdur ki, öz maye qazını Avropa bazarlarına çıxarır. 2025-ci ilədək olan dövrün proqnozları göstərir ki, ABŞ-dan Avropa bazarına gələn qaz həcmləri artacaq. Bununla belə, son 3 ildə Rusiyadan da Avropaya göndərilən qaz həcmləri artıb. Avropa bazarının tələblərini ödəmək üçün əlavə həcmlər lazımdır. Ona görə bir oyunçu digərinə mane olmur. Hesab edirəm ki, ABŞ və Rusiya Avropa qaz bazarı uğrunda bir-birini sıxışdırmayacaq”. 

Əsas mövzular