Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Elçin Hüseynbəyli: “Anarın Azərbaycan ədəbiyyatında xüsusi yeri var”

© Photo : APAПублицист и драматург Эльчин Гусейнбейли
Публицист и драматург Эльчин Гусейнбейли - Sputnik Azərbaycan
Abunə olmaq
Yazıçı Elçin Hüseynbəyli deyir ki, Anarın millətinə olan sevgisi yaradıcılığı ilə tanış olan oxuculara bəllidir

Elçin Hüseynbəyli: “Anardan hələ çox şey öyrənməliyik”
“Anar Azərbaycan ədəbiyyatında və mədəniyyətində xüsusi yeri və rolu olan insandır”. Bunu xalq yazıçısı Anarın 80 illik yubileyi ilə bağlı Sputnik Azərbaycan-a açıqlamasında yazıçı Elçin Hüseynbəyli deyib.

“O, Azərbaycanın ən ləyaqətli ziyalılarından biridir. Mən onun bütün yaradıcılığı ilə tanışam. Ondan hələ çox şey öyrənmək olar. 20 yanvar hadisələrində onun tutduğu cəsarətli mövqeni hər kəsə bilir. Onun millətinə olan sevgisi yaradıcılığı ilə tanış oxuculara bəllidir. O, hər zaman öz ləyaqətini ortaya qoymuş bir insandır”, — deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin sədri xalq yazıçısı Anarı 80 illiyi münasibətilə təbrik edib.

Elçin Hüseynbəylinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0