Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert xaricdə təhsillə bağlı yeniliklərdən danışır

© Sputnik / Murad OrujovЭксперт в области образования Кямран Асадов
Эксперт в области образования Кямран Асадов - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil eksperti Kamran Əsədov deyir ki, xaricdə təhsil imkanlarının genişləndirilməsi üçün atılan addımlar yaxşı haldır

Kamran Əsədov: “Bu qərar Azərbaycan təhsilinə yenilik gətirəcəkdir”
Azərbaycan gənclərinin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almasının maliyyələşdirilməsinə dair yeni prosedur müəyyənləşdirilib. Bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən yaradılmış “Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin Nizamnaməsində əksini tapıb.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan təhsilinin dünyaya inteqrasiyası üçün dünya təhsilindən xəbəri olan, nüfuzlu universitetlərdə təhsil almış şəxslərə ehtiyyacımız var: 

“Əgər indiyə qədər xaricdə təhsilin maliyyələşməsi Təhsil Nazirliyi tərəfindən həyata keçirilirdisə, bundan sonra “Azərbaycan Respublikasının Gənclər Fondu” öz mövqeyini ortaya qoyacaq. Xaricdə təhsil imkanlarının genişləndirilməsi üçün atılan addımlar yaxşı haldır. Düşünürəm ki, bu qərarın qüvvəyə minməsi Azərbaycan təhsilinə yenilik gətirəcəkdir”.

Xəbər lenti
0