QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Politoloq həmsədrləri siyasi iradə nümayiş etdirməyə çağırır

© Sputnik / STRMübariz Əhmədoğlu, politoloq
Mübariz Əhmədoğlu, politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Mübariz Əhmədoğlu deyir ki, bu günə qədər ATƏT-in Minsk qrupunun həmsdərləri Dağlıq Qarabağın azərbaycanlı və erməni əhalisi arasında dialoqun qurulması üçün hər hansı təşəbbüs göstərməyiblər

Mübariz Əhmədoğlu: “Bütün günahlar həmsədrlərin üzərindədir”
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində indiki status-kvo uzunmüddətli perspektivdə saxlana bilməsə də, bu münaqişənin hərbi həll yolu yoxdur”. Bunu Trend-ə eksklüziv müsahibəsində ABŞ-ın ATƏT Minsk qrupundakı həmsədri Endrü Şefer deyib.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, həmsədrlərin prezidentlərdən gözlədiyi siyasi iradə, danışıqlar prosesindəki səmiyyət elə həmsədrlərin özlərinə də aiddir: 

“Həmsədrlər siyasi iradə nümayiş etdirməlidirlər. Bütün günahlar həmsədrlərin üzərindədir. Bu günə qədər ATƏT-in Minsk qrupunun həmsdərləri Dağlıq Qarabağın azərbaycanlı və erməni əhalisi arasında dialoqun qurulması üçün hər hansı təşəbbüs göstərməyiblər. Bu münaqişə həll olunduqdan sonra bu icmalar birgə yaşayacaqlar. Əgər bu belə olacaqsa deməli indidən bunların dialoqunu qurmaq lazımdır. Sadəcə həmsədrlər Ermənistanın qadağalarına riayət edirlər.  Həmsədrlər siyasi iradə nümayiş etdirən kimi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi prosesi başlayacaq”.

Xəbər lenti
0