08:05 20 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0253
  • USD1.7000
  • EUR1.9848

Ekspert bankların gəlirlərinin azalmasının səbəblərini açıqladı

RADİO
Qısa URL
240 0 0

Professor Elnur Sadıqov deyir ki, götürülmüş kreditlərin qaytarıla bilməməsi bankların ümumi gəlirlərinə mənfi təsir edir

Azərbaycan banklarının gəlirləri kəskin azalıb. Bu isə kredit portfelindəki azalma ilə bağlıdır.  Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı icmala əsasən, kredit portfeli yanvar ayında 1 faiz azalaraq, 11 milyard 337.6 milyon manatdan 11 milyard 242,2 milyon manata düşüb. Yəni bankların kredit portfeli bir ayda 95,4 milyon manat azalıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin  Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, banklarda nizamnamə kapitalı yerində qalsa da, xidmət göstərdikləri sferalarda əməliyyatların həcmi azalıb: 

“Eyni zamanda bankların gəlirlərini müəyyən edən aktiv əməliyyatlarda azalma müşahidə olunur. Bunun bir səbəbi odur ki, bankların özündə hələ stabillik yoxdur. Digər tərəfdən banklardan kredit götürənlərin sayı azalıb. Həmçinin əvvəlcədən götürülmüş kreditlərin qaytarıla bilməməsi bankların ümumi gəlirlərinə mənfi təsir edir”. 

Əsas mövzular