“Azərbaycanın maarifçi qadınları” toplusu təqdim olundu
“Azərbaycanın maarifçi qadınlarına həsr olunmuş müsabiqələrin ictimai əhəmiyyəti çox böyükdür”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və "Kaspi" qəzetinin xanım jurnalistlər arasında keçirdiyi "Azərbaycanın maarifçi qadınları" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin elan edilməsi tədbirində yazıçı-publisist, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva deyib.
“Qadınlar üçün indi fəaliyyət göstərmək çox asandır. Biz Azərbaycan qadınının keçdiyi yolu, hansı əziyyətlər bahasına bu günə gəlib çatmasını gözümüzün qarşısına gətirə bilərik. Azərbaycan qadınını dünya qadınlarından fərqləndirən bir neçə əsas xüsusiyyət var. Azərbaycan qadınının daşıdığı xüsusiyyətlər onu dövrün inkişaf etmiş dövlətlərinin qadınları sırasına gətirib çıxarıb”, — deyə o bildirib.
Tədbirdə müsabiqəyə daxil olmuş yazılar əsasında hazırlanmış “Azərbaycanın maarifçi qadınları” toplusu da təqdim olunub.
Nazirlər Kabineti bu Sərəncamın icrası ilə bağlı görülmüş işlər barədə hər növbəti ilin birinci ayında Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir
Türkiyə yalnız coğrafi baxımdan Azərbaycana yaxın deyil, həmçinin ənənəvi olaraq öz komandalarını fəal şəkildə dəstəkləyən türk azarkeşlərin axınını da nəzərə alsaq, paytaxtımız UEFA oyunlarının keçirilməsi üçün sərfəli məkan hesab oluna bilər.