22:20 21 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9658
Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli
© Sputnik / Murad Orujov

Qulu Məhərrəmli: “Yeni televiziya kanalının yaradılması ümid oyadır”

RADİO
Qısa URL
18110

Televiziya eksperti, professor Qulu Məhərrəmli deyir ki, Azərbaycan televiziya məkanında xəbər anlayışı öləziyib

Milli Televiziya və Radio Şurasının (MTRŞ) “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün müddətsiz lisenziya verib.

Televiziya eksperti, professor Qulu Məhərrəmli Sputnik Azərbaycan-a deyir ki, televiziya məkanı peşəkarlıq baxımından istənilən səviyyədə olmadığına görə, auditoriya, tamaşaçı hər yeni açılan kanala ümidlə baxır: 

“Azərbaycan televiziya məkanında xəbər anlayışı öləziyib. Demək olar ki, hər hansı bir hadisəni operativ işıqlandıran televiziya kanalımız yoxdur. Bəzi internet kanalları buna cəhd edirlər, lakin onların imkanları yetərli deyil. Ona görə də yeni televiziya kanalının yaradılması ümid oyadır”.

Qeyd edək ki, bir neçə müddət əvvəl Milli Televiziya və Radio Şurası (MTRŞ) 14 noyabr tarixli qərarı ilə ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə elan edilmiş müsabiqədə “Türkel TV” MMC-ni qalib elan etmişdi. 

Əsas mövzular