18:37 10 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9424
Пресс-конференция на тему Опасность утраты национальных ценностей беженцами и временными переселенцами и роль медиа
© Sputnik / Murad Orujov

Səlim Babullaoğlu Azərbaycan-Moldova ədəbi əlaqələrinin vəziyyətindən danışır

RADİO
Qısa URL
102 0 0

AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlu deyir ki, Bakıda keçirilən Moldova ədəbiyyatı günləri qonaqlar üçün çox maraqlı oldu

Moldova Ədəbiyyatı Günləri çərçivəsində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında məşhur moldovalı yazıçı İqor Vonitskinin Azərbaycan dilinə tərcümə edilmiş “Mənə ölməyi öyrət” kitabının da təqdimatı olub. 

AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlu Sputnik Azərbaycan-a deyir ki, ümumilikdə götürəndə,Azərbaycan-Moldova ədəbi əlaqələri yox səviyyəsindədir:

“Ədəbi əlaqələr deyəndə tərcümə işləri, mütəmadi görüşlər, ədəbiyyat günlərinin keçirilməsi nəzərdə tutulur. Ancaq bununla belə Moldovada Azərbaycan ədiblərinin kitabları nəşr olunub, həmçinin eynilə burda da bu işlər görülüb. Bakıda keçirilən Moldova ədəbiyyatı günləri çərçivəsində müxtəlif görüşlər keçirildi. Hesab edirəm ki, bu görüş qonaqlar üçün çox maraqlı oldu”.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Moldova Azərbaycanlıları Konqresinin iştirakı ilə martın 1-dən 3-dək Bakıda Moldova ədəbiyyatı günləri keçirilib.

Əsas mövzular