22:49 25 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə
© Photo : UNEC-in mətbuat xidməti

İqtisadçı-ekspert manatın bahalaşacağı iddialarına aydınlıq gətirdi

RADİO
Qısa URL
407 0 0

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Elşən Bağırzadə deyir ki, Azərbaycanın əvvəlki məzənnəyə doğru getməsini və ya əvvəlki məzənnə siyasəti aparmasını düşünmürəm

“Azərbaycan yenidən valyuta məzənnəsini aktiv şəkildə idarə etməyə başlayıb”. Bu məlumatı “Fitch” beynəlxalq reytinq agentliyi qrupuna daxil olan “BMI Research” araşdırma şirkəti yayıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə Sputnik Azərbaycan-a deyir ki, bu yaxınlarda Mərkəzi Bankın 2018-ci ildə monetar siyasətlə bağlı bir bəyanatı olub: 

“Bu bəyanatda Mərkəzi Bank çevik məzənnə siyasəti yürüdəcəyini və bu siyasətin davam edəcəyini bildirib. Amma burada bir məqamı qeyd edim ki, 2018-ci ildə neftin qiymətlərinin əvvəlki səviyyələrə gəlməsi gözlənilmir. Proqnozlaşdırılan siyasi-iqtisadi proseslər də bunu deməyə əsas verir. Ona görə də Azərbaycanın əvvəlki məzənnəyə doğru getməsini və ya əvvəlki məzənnə siyasəti aparmasını düşünmürəm. Artıq Azərbaycan iqtisadiyyatının inkişaf baxımından istiqaməti də dəyişib”. 

Əsas mövzular