Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İbrahim Məmmədov: “Sumqayıt hadisələri erməni millətçilərinə sərf edirdi”

© Photo : Facebook / imemmedov2İbrahim Məmmədov
İbrahim Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Siyasi şərhçi İbrahim Məmmədov deyir ki, bu hadisələrin yaratdığı situasiya Azərbaycan ərazilərinin parçalanmasının tərəfdarlarının xeyrinə dəyişdi

İbrahim Məmmədov: “DTK bu hadisələrdə təşkilatçı kimi çıxış edirdi”
“Sumqayıt hadisələrinin baş verməsi erməni millətçilərinə sərfəli idi”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Əməkdar jurnailst, siyasi şərhçi, tarix üzrə fəlsəfə doktoru İbrahim Məmmədov deyib. “Çünki Sumqayıt hadisələrindən sonra təşviqat və siyasi situasiya Azərbaycanın əleyhinə, Azərbaycan ərazilərinin parçalanmasının tərəfdarlarının xeyrinə dəyişdi”. 

Ekspertin sözlərinə görə, bu hadisələrin baş verməsində Sovet İttifaqının təhlükəsizlik orqanları (DTK) neytral mövqe tutsa da, bəzən təşkilatçı kimi çıxış edirdi.

“DTK təşkilatçıları axtarmaq istəmirdi. Bəzi ermənilər iddia edirlər ki, bu hadisələr genosiddir, baş verənlərdə Azərbaycan rəhbərliyi də iştirak edib. Ancaq o dövrün sənədləri də göstərir ki, Azərbaycanın o zamankı rəhbərliyi bu hadisələrə nəzarət etmək iqtidarında deyildi. Ona görə də, onlar bu hadisələri təşkil edib rəhbərlik edə bilməzdilər”, —  deyə o bildirib.

Qeyd edək ki, İbrahim Məmmədov “Azərbaycana qarşı SUMQAYIT TƏXRİBATI. “Qriqoryanın işi” adlı monoqrafiyanın müəllifidir. Monoqrafiya prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə yazılıb və nəşr olunub. Monoqrafiyanın ön sözünün müəllifi və elmi redaktoru Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan kitab 1988-ci il Sumqayıt hadisələrinə həsr olunmuş ilk monoqrafiyadır. 

1988-ci il fevralın 27-də Sumqayıtda erməni ekstremistlərin təşkilatçılığı və bir qrup kriminal elementin iştirakı ilə kütləvi təxribat — erməni əhalinin evlərinə basqınlar həyata keçirilib. Eduard Qriqoryanın başçılıq etdiyi basqın və iğtişaşlarda, rəsmi məlumatlara görə, 32 nəfər öldürülmüşdü. Onların bir neçəsini Qriqoryan özü qətlə yetirmişdi. 

İbrahim Məmmədovun tam şərhinə audio-faylda qulaq asa bilərsiniz.

Xəbər lenti
0