QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Əli Babayev deyir ki, Gürcüstanda Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər keçirilir

© Photo : Facebook / alibabaev1954Əli Babayev
Əli Babayev - Sputnik Azərbaycan
Abunə olmaq
“Gürcü arzusu — Demokratik Gürcüstan” partiyasının fəal üzvü olan Əli Babayev deyir ki, gürcü ictimaiyyətinin bu hadisədən yetərincə məlumatlanmasını istəyirik

Əli Babayev: “Xocalı faciəsi bütün dünya azərbaycanlılarının ağrısıdır”
Hər il dünyanın onlarla ölkəsində Xocalı faciəsinin ildönümü münasibətilə tədbirlər təşkil olunur.

“Gürcü arzusu — Demokratik Gürcüstan” partiyasının fəal üzvü olan Əli Babayev Sputnik Azərbaycan-a deyir ki, bununla bağlı Gürcüstanın müxtəlif ictimai yerlərində, məktəblərdə tədbirlər keçirilir. 

“Gürcüstanda yaşayan azərbaycanlılar da bu hadisədən kədər hissi duyur. Biz istəyirik ki, gürcü ictimaiyyəti də bu hadisədən yetərincə məlumatlansın. Bu faciə Azərbaycan xalqına qarşı terror idi. Belə bir hadisənin təkrarlanmaması üçün bütün dünya azərbaycanlıları ayağa qalxmalı, ermənilərin qondarma soyqırım iddialarına tutarlı cavab verilməlidir”.

Xəbər lenti
0