Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

“Türkmənçay müqaviləsi tariximizin ən faciəli səhifəsidir”

Abunə olmaq
Tarix elmləri doktoru Firdovsiyyə Əhmədova deyir ki, bu müqavilə ilə azərbaycanlılar tabe olduqları siyasi-inzibati qurumlarda ikili əsarət altına düşmüş oldular

Firdovsiyyə Əhmədova: “Bu müqavilə Azərbaycan ərazilərinin müqəddəratına təsir göstərib”
“Türkmənçay müqaviləsi birmənalı olaraq Azərbaycan xalqını iki yerə parçaladı”. Bunu Sputnik Azərbaycan Multimediya Mərkəzində keçirilən Türkmənçay müqaviləsinin 190 illiyi və onun tarixi nəticələrinə həsr olunmuş tədbirdə tarix elmləri doktoru Firdovsiyyə Əhmədova deyib.

“Bu müqavilənin nəticəsi olaraq Azərbaycanlıların böyük hissəsi bir İran ərazisində yaşayırlar. Bu, Azərbaycan xalqının müqəddəratında ağrılı bir hadisədir. Digər tərəfdən bu müqavilə Azərbaycan ərazilərinin müqəddəratına da öz təsirini göstərib. Müqavilədən sonra Şimali Azərbaycan ərazisində tətbiq olunan inzibati ərazi vahidləri elə bir vəziyyət yaratdı ki, azərbaycanlılar tabe olduqları siyasi-inzibati qurumlarda ikili əsarət altına düşmüş oldular”, — deyə o bildirib.

Qeyd edək ki, Rusiya imperiyası ilə İran arasında 1826-1828-ci illər rus-fars müharibəsinin yekunlarına həsr olunmuş Türkmənçay sülh müqaviləsi 10 (22) fevral 1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçay kəndində imzalanıb. 

Xəbər lenti
0