05:00 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0250
  • EUR1.9190
Ильгар Велизаде
© Sputnik / Murad Orujov

Politoloq Türkiyə NATO münasibətlərindəki yumşalmanın səbəblərini açıqladı

RADİO
Qısa URL
13510

Politoloq İlqar Vəlizadə deyir ki, NATO-nun Türkiyə ilə münasibətlərinin gərginləşməsi ümumi strategiyanın bölgədə gerçəkləşməsinə əngəl törədir

NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında Türkiyə NATO üzvləri arasında terrora ən çox məruz qalan ölkə olduğunu diqqətə çatdırıb. 

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, NATO-nun baş katibi bu açıqlaması ilə yeni bir şey kəşf etmiş sayılmır: 

“Türkiyə NATO-nun strateji planlarında mühüm rol oynayır. Türkiyənin yerləşdiyi regionda baş verənlər dünya siyasətinə böyük təsir göstərir. Bu baxımdan Türkiyə qərb üçün əhəmiyyətli ölkədir. Son vaxtlar NATO-nun Türkiyə ilə münasibətlərinin gərginləşməsi ümumi strategiyanın bölgədə gerçəkləşməsinə əngəl törədir. NATO planlarının həyata keçməsində Türkiyənin səmərəliliyinin artırılmasına çalışır”.

Əsas mövzular