03:18 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267

Politoloq Azərbaycana irad tutan Qərb ölkələrinin məqsədini açıqladı

RADİO
Qısa URL
7210

AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Bakıda keçirdiyi qapalı toplantıda seçki təşviqatı müddətinin azaldılmasının demokratiyaya zidd olduğu iddia edilirdi

“Seçkilərlə məşğul olan müxtəlif qərb yönümlü qurumlar təşviqat kampaniyası vaxtının azaldılmasına görə Azərbaycanı tənqid edirdilər”. Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib.

“Əvvəllər təşviqat kampaniyasının müddəti 60 gün idi. Sonradan islahatlar yolu ilə bu 23 günə endirildi. 2013-cü ildə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Bakıda keçirdiyi qapalı toplantıda seçki təşviqatı müddətinin azaldılmasının demokratiyaya zidd olduğu iddia edilirdi. Açıqlananda ki, bu İspaniyada 10, Fransada 20 gündür, ondan sonra razılaşdılar ki, bu qəbahətli deyil, normal haldır. Ümumiyyətlə, qərb ölkələri bizə irad tutanda özlərindən xəbərsiz olurlar” — deyə o bildirib. 

Qeyd edək ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinin daha demokratik və şəffaf təşkilinə dəstək vermək üçün Uzunmüddətli Müşahidə Missiyasının həyata keçirir.

Əsas mövzular