23:46 17 Fevral 2018
Canlı yayım
Azər Həsrət
© Sputnik / Anar Mustafayev

Azər Həsrət: “Mətbuat Şurasının sədri yenidən seçilməlidir”

RADİO
Qısa URL
127 0 0

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyir ki, qurultayın gündəmində duran əsas məsələlərdən biri Mətbuat Şurası sədrinin və idarə heyəti üzvlərinin yenidən seçilməsidir

Martın 10-da Azərbaycan jurnalistlərinin VII qurultayı keçiriləcək.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Sputnik Azərbaycan-a deyir ki, qurultayın gündəmində duran əsas məsələlərdən biri Mətbuat Şurası sədrinin və idarə heyəti üzvlərinin yenidən seçilməsidir: 

“Mətbuat Şurası sədrinin və idarə heyəti üzvlərinin səlahiyyət müddətləri bitdiyi üçün nizamnaməyə və qanunlara uyğun olaraq yenidən seçki keçirilib bu məsələ həll edilməlidir. Qurultay Azərbaycan jurnalistlərinin ən ali məclisi olduğuna görə orada Mətbuat Şurasının statusunun dəyişdirilməsi, səlahiyyətlərinin genişləndirilməsi barədə müzakirələrin aparılması gözlənilir”.

Əsas mövzular