10:16 19 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9343
Политолог Фикрет Садыхов в Мультимедийном пресс-центре Sputnik Азербайджан
© Sputnik / Murad Orujov

Sadıxov: “Azərbaycan həmsədrlərin konstruktiv təkliflərini qəbul edəcək”

RADİO
Qısa URL
77 0 0

Politoloq Fikrət Sadıxov deyir ki, həmsədrlər eyni təkliflərlə gəliblərsə, münaqişənin həll prosesinə heç bir təsiri olmayacaq

Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İqor Popovu, ABŞ-dan olan həmsədri Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, bu, Krakov görüşündən sonra həmsədrlərin ilk səfəridir: 

“Biz istərdik ki, onların fəaliyyətinin nəticəsi olsun. Əgər onlar bura eyni təkliflərlə gəliblərsə, münaqişənin həll prosesinə heç bir təsiri olmayacaq. Ancaq konstruktiv təkliflər olarsa, Azərbaycan bunu qəbul edəcək”.

Əsas mövzular