11:55 22 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9602

Teoloq: "Evdə it saxlamaq günah deyil"

RADİO
Qısa URL
28210

Teoloq Elşad Miri deyir ki, Qurani-Kərimdə itlərin öldürülməsi ilə bağlı hökm yoxdur

Dünyada əksər insanlar heyvanları sevir və evlərində müxtəlif ev heyvanları, hətta bəzi vəhşi heyvanları belə saxlayırlar. Ancaq müsəlmanlar arasında bununla bağlı ziddiyyətli fikirlər mövcuddur.

Teoloq Elşad Miri Sputnik Azərbaycan-a deyir ki, bu məsələ ilə bağlı uydurma rəvayətlər var: “Rəvayətlərdə bildirirlər ki, qara itlər və şeytan öldürülməlidir. Amma konkret olaraq Qurani-Kərimdə belə bir hökm yoxdur. Sadəcə tibbi yönümdən baxanda, bu cür yanaşmaq olar ki, it olan ev sakinlərində bəzi xəstəliklər ola bilər. Məsələn, qadınlarda toksoplazma virusu aşkarlana bilər. Amma burada günah olan heç nə yoxdur”.

"Allahın yaratdığını bu cür təqdim etmək, haram olduğunu demək doğru deyil. Belə bir qadağa yoxdur, bunlar sonradan düşünülmüş məsələlərdir", — deyə teoloq bildirir.

Əsas mövzular