Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Məmmədov: “Mərkəzi Bank uçot dərəcəsini aşağı salmalıdır”

Abunə olmaq
Professor Elşad Məmmədov deyir ki, kiçik və orta biznesin inkişafı istiqamətində institusional addımlardan başqa digər makroiqtisadi tənzimləmə addımları da atılmalıdır

Elşad Məmmədov: “Kiçik və orta biznesin inkişafı kredit resurslarına çıxışından asılı olacaq”
Dövlət başçısı 2017-ci il dekabrın 28-də "Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında" fərman imzalayıb. Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi” yaradılıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, ölkədə kiçik və orta biznesin xüsusi çəkisi iqtisadi proseslərdə hələ arzuolunan səviyyədə deyil: 

“Ona görə də institusional baxımdan belə bir qurumun yaradılması təqdirəlayiqdir. Lakin bununla belə, hazırkı şəraitdə ölkədə kiçik və orta biznesin inkişafı istiqamətində institusional addımlardan başqa digər makroiqtisadi tənzimləmə addımları da atılmalıdır”.

Xəbər lenti
0