02:33 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635

Hüseynov: “ASAN xidmət” mərkəzlərinin sayı 20-yə çatdırılacaq”

RADİO
Qısa URL
120 0 0

“ASAN Xidmət” mərkəzinin informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov deyir ki, “ASAN xidmət” mərkəzləri ilə yanaşı 10 səyyar avtobus və 1 Səyyar ASAN qatarı regionlarda vətəndaşlara xidmət göstərir

“Bu il üç “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq”. Beləliklə, “ASAN xidmət” mərkəzlərinin sayı 15-ə çatacaq. Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

“ASAN Xidmət” mərkəzinin informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov Sputnik Azərbaycan-a deyir ki, artıq fəaliyyətə başladığı 5 il ərzində 12 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir: 

“Bunlarla yanaşı 10 səyyar avtobus və 1 Səyyar ASAN qatarı regionlarda vətəndaşlara xidmət göstərir. Ümumilikdə 2020-ci ilə qədər ölkə başçısının tapşırığına əsasən, “ASAN xidmət” mərkəzlərinin sayının 20-yə çatdırılması nəzərdə tutulub”.

Əsas mövzular