Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Vəlizadə: “İranda baş verənlər sosial problemlərdən qaynaqlanır”

© Sputnik / Murad OrujovВидеомост, посвященный 72-й годовщине Победы в войне с фашистской Германией
Видеомост, посвященный 72-й годовщине Победы в войне с фашистской Германией - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq İlqar Vəlizadə deyir ki, İran cəmiyyəti nüvə proqramı ilə bağlı imzalanan sazişdən sonra köklü dəyişikliklər gözləyirdi

İlqar Vəlizadə: “İran hakimiyyətinin möhkəm dayaqları böyük sarsıntılara imkan verməyəcək”
Son günlər İranda baş verən iğtişaşlara etiraz əlaməti olaraq ölkənin müxtəlif şəhərlərində yürüşlər keçirilir.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, son dövrlərdə mürəkkəbləşən iqtisadi, sosial problemlər bu hadisələrin baş verməsinə gətirib çıxardı: 

“İrana qarşı Qərbin tətbiq etdiyi sanksiyalar iqtisadiyyatın əsas sahələrinə ciddi təsir edib. Bunlar hamısı birlikdə sosial narazılığa gətirib çıxardı. İran cəmiyyəti son illər ümidlə yaşayırdı ki, ölkənin nüvə proqramı ilə bağlı imzaladığı saziş öz nəticələrini verəcək. Ancaq bu baş vermədi. Baş verənlərin əsas səbəbi kimi sosial problemləri göstərmək olar”.

Xəbər lenti
0