Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Əliyev: “Sumqayıt yolunda 24 saat kameralar işləyir”

© Photo : REPORTBaş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev
Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (RBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyir ki, harada olursa-olsun, qayda pozan bütün sürücülər cərimə ediləcək

Kamran Əliyev: “Kimsə şəkillərlə qane olmursa, onlara video fayllar təqdim olunur”
Bakı-Sumqayıt yolunda səhər və axşam saatlarında müşahidə edilən tıxac minlərlə insanın kabusuna çevrilib. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (RBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Sputnik Azərbaycan-a deyir ki, hər bir sürücü harada olursa-olsun, qayda pozacaqsa, cərimə ediləcək: 

“Həmin ərazidə səhər saatlarında şəhər istiqamətində, axşam saatlarında isə Sumqayıt istiqamətində axın olduğu üçün ərazidəki bütün kameralar 24 saat işləyir. Yəni kimsə hansısa şayiəyə arxayın olub istədiyi kimi sürə bilməz”. 

Xəbər lenti
0