Rəşad Həsənov: “ABŞ-ın dolar siyasəti dünya bazarlarına təsir edəcək”
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini 0,25% — 1,25% səviyyəsindən 1,50%-dək artırıb.
İqtisadçı ekspert Rəşad Həsənov FED uçot dərəcəsini artırmasının dünya iqtisadiyyatına təsirlərini Sputnik Azərbaycan-a şərh edərkən deyib ki, qərarın açıqlanmasından sonra ABŞ valyutası inkişaf etmiş və etməkdə olan ölkələrin valyutaları qarşısında mövqeyini itirib:
“Bundan sonra da bənzər tendensiya davam edəcək. Dünya mərkəzi banklarının yığımlarında isə ABŞ dollarının həcmində azalma baş verəcək”.