Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Rüstəmxanlı: “21 Azər" tariximizin ən şərəfli və faciəvi səhifəsidir”

© Sputnik / STRVətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyir ki, hələ o zamanlar Mircəfər Bağırov Cənubi Azərbaycanın Şimala birləşməsi məsələsində Moskva ilə razılığa gəlmişdi

Sabir Rüstəmxanlı: “SSRİ-nin çətin vəziyyətə düşməsi Güney Azərbaycan məsələsini yaddan çıxartdı”
“12 dekabr Azərbaycan tarixinin ən şərəfli və faciəvi günlərindən biridir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Dünya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Azərbaycan Milli Höküməti 21 Azər Hərəkatının ildönümünə həsr olunmuş tədbirdə Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.

“Bu tarixi hadisə haqqında nə qədər yazılsa da, onu bütün parlaqlığı ilə çatdırmaq mümkün deyil. O zamanlar Güney Azərbaycanın bizimlə birləşməsi üçün hazırlıqlar gedirdi. II Dünya müharibəsində SSRİ-nin çətin vəziyyətə düşməsi Güney Azərbaycan məsələsini yaddan çıxartdı” — deyə o bildirib.

Xəbər lenti
0