Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İbrahimov: “Azərbaycanın yerli xammal istehsal etmək üçün bütün imkanları var”

© Photo : UNECMüslüm İbrahimov
Müslüm İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, istehsalın arıtırılması həm də yüksək ixtisaslı mütəxəssislərə tələbi artıracaq

Müslüm İbrahimov: “Dövlət istehsalın artırılması üçün böyük imkanlar yaradır”
“Biz çalışmalıyıq və çalışırıq ki, qeyri-neft ixracını artıraq”. Bunu Azərbaycan prezidenti İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışında xalçaçılarla görüşü zamanı deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, bu gün Azərbaycanın yerli xammal istehsal etmək üçün bütün imkanları var:

“Dövlət bunun üçün böyük imkanlar yaradır. Subsidiyaların və maliyyələşmənin artırılmasında məqsəd istehsalın genişləndirilməsidir. İstehsalın artırılması həm də yüksək ixtisaslı mütəxəssislərə tələbi artıracaq”. 

Xəbər lenti
0