Tofiq Abbasov: “ABŞ dünya birliyini saymır”
ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edib. O, həmçinin ABŞ səfirliyinin Tel Əvivdən Yerusəlimə köçürülməsi ilə bağlı qərar verib.
Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a deyir ki, ABŞ prezidentinin bu qərarı çox təhlükəlidir və böyük problemlər yaradacaq:
“Bu addımdan sonra gərgin vəziyyətdə olan Fələstin-İsrail münaqişəsi həllini tapmayacaq. Bu qərar yeni müharibənin ortaya çıxmasını reallaşdıra bilər. Bir dövlətin mənafeyinə xidmət etmək onu göstərir ki, ABŞ dünya birliyini saymır”.