Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Rzabəyli: “Azərbaycana turistlərin axın etməsində idmanın böyük rolu var”

Abunə olmaq
“Sport Time” jurnalının baş redaktoru Jalə Rzabəyli deyir ki, ölkəmizdə keçirilən yarışlar turizmin inkişafına öz töhfəsini verdi

Jalə Rzabəyli: “2017-ci il idmançılarımızın nailiyyətləri ilə yadda qaldı”
Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində “Sport Time” jurnalı tərəfindən “2017-ci ilin ən yaxşıları” nominasiyası üzrə qaliblər mükafatlandırılıb. 

“Sport Time” jurnalının baş redaktoru Jalə Rzabəyli Sputnik Azərbaycan-a deyir ki, 2017-ci il daha çox idmançılarımızın nailiyyətləri ilə yadda qaldı. 

“Bu il ölkəmizdə bir neçə beynəlxalq turnir keçirildi. IV İslam Həmrəyliyi Oyunları, “Formula-1” yarışlarının keçirilməsi həm Azərbaycanın idman ölkəsi kimi tanınmasında, həm də ölkəmizdə turizmin inkişafına öz töhfəsini vermiş oldu” — deyə o bildirir.

Xəbər lenti
0