Əli Hacızadə: “Əli Abdulla Saleh baş verənləri siyasi müstəviyə yönəldə bilərdi”
“Əli Abdulla Salehin şansı var idi ki, ərəb koalisiyası ilə dil tapsın”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında "The Great Middle East" layihəsinin rəhbəri, politoloq Əli Hacızadə deyib.
“Əli Abdulla Saleh baş verənləri siyasi müstəviyə yönəltmək imkanına malik idi. Hazırki vəziyyət onu deməyə əsas verir ki, vəziyyət dalana dirənib, sülh yolu ilə həllinə imkan yoxdur. Bundan sonra da döyüşlər davam edəcək. Husiləri maliyyələşdirən qüvvələrə də elə bu lazım idi” — deyə o bildirib.
Qeyd edək ki, Yəməndə üsyançı husilər ölkənin paytaxtı Səna şəhərini tam nəzarət altına alıb, ölkənin keçmiş prezidenti Əli Abdulla Salehi öldürüblər.