Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Əhmədoğlu: “Azərbaycanın ABŞ-la münasibətləri gərginləşməyəcək”

© Sputnik / STRMübariz Əhmədoğlu, politoloq
Mübariz Əhmədoğlu, politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Mübariz Əhmədoğlu deyir ki, Türkiyə və Azərbaycan arasında digər dövlətlərlə qurulan münasibətlər üçün formalaşmış qayda var

Mübariz Əhmədoğlu: “Biz Türkiyədən, onlar da bizdən belə bir şey xahiş etmirlər”
“Azərbaycan və Türkiyə nə qədər qardaş və dost dövlət olsalar da, praktika bizə başqa şeyləri etməyi diktə edir”. Bunu gərginləşən Türkiyə və ABŞ münasibətlərinin Azərbaycana təsirlərini Sputnik Azərbaycan-a şərh edərkən politoloq Mübariz Əhmədoğlu deyib.

“Nəyə görə axı Azərbaycan digər maraqlardan ötrü ABŞ-la münasibətləri gərginləşdirsin? Türkiyə və Azərbaycan arasında formalaşmış belə bir qayda var ki, belə münasibətlərdə nə biz onlardan, nə də onlar bizdən nə isə xahiş etmir. Nə qədər ki, NATO və ABŞ tərəfindən Azərbaycana qarşı gərginlik yaratmaq cəhdləri olmayacaq Azərbaycan bu iki strukturla münasibətləri gərginləşdirməyəcək”.

Xəbər lenti
0