Abbasov: “Ərəb mediasında Azərbaycan haqqında dolğun təsəvvür yoxdur”

© Photo : Fazil Abbasovun şəxsi arxivindənİƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov
İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov - Sputnik Azərbaycan
Abunə olmaq
"Qərb mediası islam ölkələri haqqında informasiyaları öz maraqlarına uyğun təqdim edir"

Fazil Abbasov: “Biz öz gücümüzü birləşdirməliyik”
İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası və Beynəlxalq Avrasiya Jurnalistləri Fondu tərəfindən “İslam həmrəyliyinin gücləndirilməsində medianın rolu” mövzusunda tədbir keçirilib.

İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov Sputnik Azərbaycan-a deyib ki, son bir neçə il istisna olmaqla ərəb ölkələrinin mediasında Azərbaycan haqqında informasiyalar tam dolğun şəkildə verilməyib: 

“Bunun səbəbi informasiya mübadiləsinin lazımi səviyyədə olmamasıdır. Bu, təkcə bizim deyil, həm də ərəb mediasının təqsiridir. Qərb informasiya agentlikləri islam ölkələri haqqında informasiyaları öz maraqlarına uyğun təqdim edirlər”.

Xəbər lenti
0