Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Cəfərli: “İranın BTQ-yə qoşulması yük dövriyyəsinin artmasına müsbət təsir edəcək”

© Photo : Facebook / natig.jafarliЭксперт-экономист Натик Джафарли
Эксперт-экономист Натик Джафарли - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, dünya ticarətinə çıxış imkanları geniş olduğuna görə, İranın böyük həcmli yüklərin daşınmasında bu xətdən istifadə edəcəyini düşünmür

Natiq Cəfərli: “Böyük həmcli yüklərin BTQ ilə daşınacağı illuziyasını qurmaq doğru deyil”
İran Bakı-Tbilisi-Qars dəmir yolunun Təbriz şəhərinə qədər uzadılmasını təklif edib. Bu mediaya açıqlamasında İranın yol və şəhərin inkişafı naziri Abbas Axundi deyib.

İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a bildirib ki, İranın gələcəkdə bu dəmir yoluna qoşulması yük dövriyyəsinin artması üçün müsbət addım ola bilər: 

“Amma reallığı nəzərə almaq lazımdır ki, İranın dünya ticarətinə çıxış imkanları kifayət qədər genişdir. Ona görə də İranın böyük həcmdə yüklərini daşımaq üçün bu xətdən istifadə edəcəyini düşünmürəm”.

Xəbər lenti
0