Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İsrafilov: “Yataqxana tələbə üçün universitet qədər vacibdir”

© Sputnik / Murad Orujovtəhsil eksperti Nadir İsrafilov
təhsil eksperti Nadir İsrafilov - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil eksperti Nadir İsrafilov deyir ki, dünya reytinqində ilk yerləri tutan universitetlər kampus şəraitində fəaliyyət göstərir

Nadir İsrafilov: “Tələbə ancaq təhsillə məşğul olmalıdır”
“Təhsilə dair dövlət strategiyasında və bütün rəsmi sənədlərdə universitetlərin yataqxana məsələsi hər zaman önə çəkilib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.

“Dünya reytinqində yer alan universitetlər kampus şəraitində fəaliyyət göstərir. Ona görə də kampusu olan universitetlər reytinqdə hər zaman ilk yerlərdə olur. Tələbə üçün mühit yaratmaq lazımdır ki, tələbə məişət qayğıları çəkməsin. Bizdə də bu sahədə işlər görülməyə başlanılıb” — deyə o bildirib.

Qeyd edək ki, Milli Məclisdə keçirilən müzakirələr zamanı millət vəkili Qənirə Paşayeva universitet yataqxanalarının olmaması səbəbindən gənclərin bölgələrdən gəlib ali təhsil almaqda çətinlik çəkdiyini bildirib.

Xəbər lenti
0