Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Hüseynov: “Qida Təhlükəsizliyi Agentliyindən gözləntilər çoxdur”

© Sputnik / Murad OrujovAzad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov - Sputnik Azərbaycan
Abunə olmaq
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Azərbaycanda qida təhlükəsizliyi haqqında qanun qəbul edilməlidir

Eyyub Hüseynov: “Qanun olmayan yerdə cinayət baş verir”
“Qida Təhlükəsizliyi Agentliyi Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi, insanlarımızın sağlam qida ilə təmin edilməsi istiqamətində çox böyük əhəmiyyət kəsb edir”. Bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov deyib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki, uzun müddətdir ölkədə qida təhlükəsizliyi sahəsində vəziyyət acınacaqlı haldadır:

“Ölkəmizdə qidanın təhlükəsizliyinə dair qanun yoxdur. Agentliklə bərabər qida təhlükəsizliyi haqqında qanun da qəbul edilməlidir. Daxili İşlər Nazirliyi Qida Təhlükəsizliyi Agentliyinin işində yaxında iştirak etsə, heç də pis olmaz”.

Xəbər lenti
0