15:01 23 Noyabr 2017
Canlı yayım
Politoloq İlqar Vəlizadə
© Sputnik / Murad Orujov

Vəlizadə: “Səudiyyə Ərəbistanında rüşvətxorluqla mübarizə bəhanədir”

RADİO
Qısa URL
92 0 0

Politoloq İlqar Vəlizadə deyir ki, hadisələr ölkənin həm daxili, həm də xarici siyasətinə öz təsirini göstərir

“Səudiyyə Ərəbistanında son illər varislik prinsipinin dəyişdirilməsi maliyyə və siyasi imkanlara malik insanları hakimiyyətdən kənarda qoydu”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

“Hakimiyyətdən məhrum edilmiş bu ailələr prosesləri sakitcə izləyə bilməzdi. Onlar müəyyən müqavimət formaları haqqında düşünməyə başlamışdılar. Baş verən hadisələr krallığın daxili və xarici siyasətinə də öz təsirlərini göstərir. Proseslər regionda güc nisbətini dəyişdirə bilər”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında korrupsiya ilə mübarizə əməliyyatları adı altında 11 şahzadə və nazir həbs edilib.

Əsas mövzular