Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Bağırzadə: “BTQ Azərbaycanın lider rolunu daha da artıracaq ”

© Photo : Из личного архива Э. БагирзадеElşən Bağırzadə, UNEC-in dosenti, iqtisadçı ekspert
Elşən Bağırzadə, UNEC-in dosenti, iqtisadçı ekspert - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Elşən Bağırzadə deyir ki, bu dəmir yolu xətti Çin və digər Orta Asiya ölkələri üçün ucuz dəhliz təqdim edir

Elşən Bağırzadə: “Bu layihə iştirakçı ölkələrin iqtisadiyyatlarının inteqrasiyasını dərinləşdirəcək
“Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin ən vacib məqamı iqtisadi və strateji tərəfləridir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə deyib.

“BTQ İranın və Rusiyanın Şərq və Qərb arasındakı yükdaşımalarına da alternativdir. Gələcəkdə bu layihədən Rusiya və İran da istifadə edə bilər. Artıq Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eyni zamanda, Çin və digər Orta Asiya ölkələri üçün də ucuz bir dəhliz təqdim edir” — deyə o bildirib.

Xəbər lenti
0