CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məmmədov: “Miqrasiya Məcəlləsinə edilən dəyişikliklər zəruridir”

© Photo : Facebook / Sahib MammadovSahib Məmmədov, hüquq müdafiəçisi
Sahib Məmmədov, hüquq müdafiəçisi - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının (VƏHML) rəhbəri, miqrasiya məsələləri üzrə ekspert Sahib Məmmədov deyir ki, elektron sistemə keçməklə, tələb olunan sənədləri daha da azaltmaq olar

Məmmədov: “Miqrasiya Məcəlləsinə edilən dəyişiklilər zəruridir”
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının (VƏHML) rəhbəri, miqrasiya məsələləri üzrə ekspert Sahib Məmmədov Sputnik Azərbaycan-a deyir ki, bu dəyişikliklər daha çox texniki xarakter daşıyır: “Elektron sistemə keçməklə, tələb olunan sənədləri daha da azaltmaq olar. Bir növ, Azərbaycanda uzunmüddətli yaşamaq hüququ əldə edən şəxslər üçün prosedur asanlaşdırılır. Bunlar Azərbaycana işçi axınını sürətləndirməsə də, zəruri dəyişikliklərdir. Bu dəyişikliklər bürokratiyanı bir qədər azaldacaq”.

Qeyd edək ki, Miqrasiya Məcəlləsinə edilən dəyişikliklərə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində daimi yaşamaq üçün icazənin (müddətin uzadılması) və iş icazəsinin verilməsi üçün tələb olunan sənədlərin sayı azaldılıb. 

Xəbər lenti
0