CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əliyev: “Çirkli avtomobilə görə sürücü məsuliyyəti yoxdur”

© Photo : REPORTBaş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev
Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Yol Polisi İdarəsinin (RBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyir ki, avtomobil texniki cəhətdən istismara yararlıdırsa onun istismarına qadağa qoyula bilməz

Kamran Əliyev: “Çirkli avtomobil sürməyi vətəndaş özünə rəva bilməməlidir”
“Avtomobilin xarici görünüşünün səliqəsiz olmasına görə nə məsuliyyət, nə də onun istismar edilməsinin qadağan edilməsinə dair qanunvericilikdə hər hansı müddəa mövcuddur”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (RBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

“Səliqəsiz görünüş təhlükə törətmir. Çirkli avtomobil sürməyi vətəndaş da özünə rəva bilməməlidir. Əgər avtomobil texniki cəhətdən istismara tam yararlıdırsa biz xarici görünüşünə görə onun istismarını qadağan edə bilmirik” — deyə o bildirib.

Xəbər lenti
0